Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Washington Post-un mövzuya yaxın altı mənbəyə istinadən verdiyi xəbərə görə, belə bir qərar ABŞ-a Rusiyaya qarşı müdafiə qurmaq üçün ayrılan yüz milyonlarla dollara başa gələ bilər.

Dünən Tramp Polşanın yeni seçilmiş prezidenti Karol Navrotskiyə Polşaya daha çox əsgər göndəriləcəyinə söz verib. Navrotski isə polyakların özlərini müdafiə etmək üçün təcili yardıma ehtiyac duyduğunu deyib.

Financial Times yazıb ki, amerikalı rəsmilər Avropalı diplomatlara təlim və avadanlıq fondlarının azaldıldığını bildiriblər. Adının açıqlanmaması şərti ilə danışan bir Ağ Ev rəsmisi isə yanvar ayında xarici yardımların azaldılması ilə bağlı prezident göstərişini xatırladıb.

“Bu dəyişiklik, göstərişin müddəaları və Prezidentin uzun müddətdir vurğuladığı kimi, Avropa ölkələri ilə tam əməkdaşlıq şəraitində həyata keçirilir.”

Donald Tramp uzun müddətdir ki, ABŞ-ın Avropadakı müdafiə xərclərinin və Ukraynaya edilən hərbi yardımların dəyərini sual altına alır, eyni zamanda Rusiya ilə Ukrayna arasında atəşkəs əldə etmək üçün də uğursuz cəhdlər edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp