Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Tramp bildirib ki, Amerika uzun müddətdir cəmiyyətin zibilinə çevrilmiş, yalnız səfalət və ağrı gətirən vəhşi, zorakı və təkrar cinayətkarlarla narahat olur.

O vurğulayıb ki, keçmişdə daha ciddi bir millət olduqları zaman ən təhlükəli cinayətkarları həbs etməkdən və onları zərər verə biləcəkləri şəxslərdən uzaq tutmaqdan çəkinmirdilər və əlavə edib:

“Belə də olmalıdır. Artıq küçələrimizdə çirk, qan və xaos yayan bu seriyalı cinayətkarlara dözməyəcəyik. Bu səbəbdən bu gün Mən Həbsxanalar Bürosuna, Ədliyyə Nazirliyinə, FTB və Daxili Təhlükəsizlik Departamentinə Amerikanın ən amansız və zorakı cinayətkarlarını yerləşdirmək üçün əhəmiyyətli dərəcədə genişləndirilmiş və yenidən qurulmuş Alkatrazın yenidən açılmasını əmr edirəm.”

Tramp əlavə edib ki, artıq cinayətkarların, quldurların və işlərini yerinə yetirməkdən və ölkəyə qanunsuz gələn cinayətkarları deportasiya etməkdən qorxan hakimlərin girovu olmayacaqlar: “Alkatrazın yenidən açılması qanunun, qaydanın və ədalətin simvolu olacaq. Amerikanı yenidən möhtəşəm edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp