Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiyanın iki ən böyük neft şirkəti – “Rosneft” və “Lukoil”ə qarşı “böyük” ticarət sanksiyaları elan edib.

ABŞ-ın maliyyə naziri Skott Bessent sanksiyalarla bağlı deyib: “İndi qırğınları dayandırmağın və dərhal atəşkəsin təmin edilməsinin vaxtıdır. Putin bu mənasız müharibəni bitirməkdən imtina etdikdən sonra Maliyyə Nazirliyi Kremlə məxsus müharibə maşınını maliyyələşdirən Rusiyanın iki ən böyük neft şirkətinə sanksiyalar tətbiq edir.”

Tramp deyib: “Vladimir ilə hər dəfə danışanda yaxşı söhbətimiz olur, amma sonra heç bir nəticə olmur. Heç bir nəticə.”

Tramp bildirib ki, neft şirkətlərinə qarşı sanksiyaların qısamüddətli olacağını ümid edir. O və Rutte Ukrayna müharibəsinə yaxın zamanda bir həll tapılacağına ümid etdiklərini bildiriblər.

Keçən həftə Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb və Ukraynada sülhü müzakirə etmək üçün yaxın vaxtlarda Budapeştdə görüşməyi planlaşdırırdı. Lakin Rusiya atəşkəslə bağlı danışıqlardan imtina edib və Ukraynaya hücumlarını davam etdirdiyinə görə, Tramp görüşü ləğv edib.

Trampın sanksiyaları elan etməsindən sonra Asiya bazarlarında neftin qiymətləri üç faiz artıb. Bu sanksiyalar “Rosneft” və “Lukoil”in törəmə şirkətlərini və onlarla işləyən xarici maliyyə qurumlarını da hədəfə alır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp