Aİ-Yaponiya Sammiti ərəfəsində Osakada təmaslara start verildi
Brüssel, 22 iyul (Hibya) – Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Yaponiyanın Osaka şəhərinə gəlib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Yaponiyanın Osaka şəhərinə gəlib. Sabah keçiriləcək Avropa İttifaqı–Yaponiya Sammiti öncəsi açıqlama verən fon der Leyen sammitin vaxtının qlobal proseslər baxımından çox mühüm olduğunu vurğulayıb.
“Dünya sürətlə dəyişir. Bizim kimi tərəfdaşlar üçün bu, zamanın reallıqları ilə üzləşmək üçün daha sıx əməkdaşlıq tələb edir,” – deyə fon der Leyen bildirib və tərəflərin ortaq dəyərlər əsasında hərəkət etdiyini qeyd edib.
O, açıq iqtisadiyyatlar, təhlükəsiz cəmiyyətlər və ədalətli qaydaların əhəmiyyətinə toxunaraq, bu dəyərlərə əsaslanan yeni bir dünya nizamı üçün Aİ və Yaponiyanın birgə işləməyə davam edəcəyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi