Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yeni çağırış planına əsasən, 18 yaşlı bütün oğlanlar hərbi xidmətə yararlılıqlarını müəyyən etmək üçün sorğu doldurmalı və 2027-ci ildən tibbi müayinədən keçməlidirlər.

Bu qərar Berlinin Avropanın ən güclü konvensional ordusunu yaratmaq məqsədi ilə qəbul edilib.

Qanunvericilərin bu planı 2025-ci ilin sonuna qədər səsverməyə çıxarması gözlənilir.

İlin əvvəlində koalisiya qurularkən, Mersin rəhbərlik etdiyi mühafizəkar CDU/CSU və sosial-demokrat SPD “ilk mərhələdə” könüllü əsaslarla hərbi xidmətin bərpasına razılıq vermişdilər.

Hazırda Almaniyanın Müdafiə Qüvvələri – Bundesver – təxminən 182 min hərbi qulluqçuya malikdir. Yeni model gələn il bu sayın 20 min nəfər artırılmasını və növbəti 10 ildə təxminən 200 min ehtiyat hərbçinin iştirakı ilə 250–260 min nəfərə çatdırılmasını hədəfləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp