Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Keçən cümə axşamı baş tutan gözlənilməz telefon danışığından sonra ABŞ və Rusiya prezidentləri Macarıstanın Budapeşt şəhərində görüşməyi planlaşdırırlar. Ukraynanın prezidenti Volodimir Zelenski dəvət olunmayıb, lakin iştirak etməyə hazır olduğunu bildirib.

Gələn iki həftə ərzində razılaşma əldə olunacağı təqdirdə qoşun göndərməyin mümkünlüyü soruşulduqda, Heili belə dedi: “Əgər prezident Tramp sülhə vasitəçilik edə bilsə, biz həmin sülhü təmin etməyə hazırıq.”

O əlavə edib ki, hər hansı sülh danışıqlarında “nəyin və necə müzakirə olunacağına” qərar verəcək tərəf ukraynalılar olmalıdır.

Heili bildirib ki, Böyük Britaniyanın baş naziri ser Kir Starmer tərəfindən mart ayında Ukraynanın təhlükəsizliyini təmin etmək üçün yaradılmış 26 Avropa ölkəsinin daxil olduğu “könüllülər koalisiyası”nın üzvləri “atəşkəs halında ətraflı planlar hazırlayıblar”.

Onun sözlərinə görə, “son altı ayda 38-dən çox ölkədən 200-dən artıq hərbi planlaşdırıcının” işi sayəsində bölmələr lazım gəldikdə yerləşdirməyə hazırdır.

Müdafiə naziri həmçinin “yeni bir təhdid dövrü” barədə xəbərdarlıq edib və Avropada daha genişmiqyaslı münaqişə riskinin İkinci Dünya Müharibəsinin bitimindən bəri bu qədər yüksək olmadığını deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp