Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropalı liderlər bildirdilər ki, ABŞ-ın Kiyevə Rusiya ilə sürətli razılaşmaya gəlməsi üçün təzyiq göstərməsi fonunda Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi istiqamətində daha çox iş görülməlidir.

NATO rəsmiləri ilə görüşmək üçün Brüsselə gedən Zelenski, Ukraynanın çərşənbə axşamı ABŞ ilə yenilənmiş planı bölüşəcəyini deyib.

Zelenski, bazar ertəsi Londonda keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən, noyabr ayında təklif edilən ilkin razılaşmadan “qəti şəkildə Ukrayna əleyhinə olan məqamların çıxarıldığını” bildirib.

Lakin Ukrayna Prezidenti qeyd edib ki, ərazi verilməsi ilə bağlı ciddi narahatlıqlar var və “hələlik heç bir kompromis əldə olunmayıb”.

Avropalı liderlər Ukraynanı dəstəkləmək və ABŞ-ı yanlarında saxlamaq arasında incə bir xətt üzrə hərəkət edirlər.

Böyük Britaniya Baş Nazirliyinin sözçüsü deyib:

“Bütün liderlər bu anın həlledici olduğunu və Ukraynaya dəstəyimizi, Putinə bu amansız müharibəni dayandırması üçün iqtisadi təzyiqi artırmağımız lazım olduğunu qəbul etdilər.”

Bəyanatda belə qeyd olunub: “Liderlər ABŞ-ın rəhbərlik etdiyi sülh danışıqlarının Avropa təhlükəsizliyi üçün əhəmiyyətini müzakirə etdilər və əldə olunan irəliləyişi dəstəklədilər.”

“Liderlər həmçinin güclü təhlükəsizlik zəmanətlərini də ehtiva edən Ukraynada ədalətli və davamlı sülhə ehtiyac olduğunu vurğuladılar.”

Downing Street-də keçirilən görüşlərdən əvvəl Starmer bildirib ki, Ukrayna üçün sülh razılaşması “aydın və etibarlı təhlükəsizlik zəmanətləri”ni əhatə etməlidir.

Mers ABŞ tərəfindən təqdim ediləcək potensial planın bəzi detalları haqqında “şübhəçi” olduğunu deyib. “Amma bu barədə danışmalıyıq. Biz buna görə buradayıq,” deyə o əlavə edib.

Görüşdən sonra Fransa Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi istiqamətində işlərin “intensivləşdiriləcəyini” bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp