Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Agentlik bildirib ki, 2006–2018-ci illər arasında dəniz səviyyəsi hər il 3,7 millimetr artıb, bu da XX əsrlə müqayisədə iki dəfədən çoxdur.

Əgər emissiyalar yüksək olaraq qalsa, 2100-cü ilə qədər dəniz səviyyəsi 0,63–1,02 metr arası arta bilər.

AÇA-nın modelləri həmçinin ən pis ssenarini – qütblərdəki buz təbəqələrinin sürətlə parçalanmasını nəzərə alıb. Bu, 2150-ci ilə qədər dəniz səviyyəsinin beş metrədək qalxmasına səbəb ola bilər.

Ən çox risk altında olan yerlərdən biri Monteneqronun Adriatik sahilində yerləşən məşhur Sveti Stefan adacığıdır.

Ən çox təhlükə altında olan çimərliklərə Monteneqrodakı Sveti Stefan, Sardiniyadakı “tropik” Porto Giunco, Portuqaliyadakı Praia de Benagil, Norveçin uzaq Vaeroy adası, İrlandiyanın Achill adasındakı Keem körfəzi, 40 metrlik dalğaları ilə məşhur olan İslandiyadakı Reynisfjara çimərliyi, Fransanın lüks Côte d’Azur sahili, Dubrovnikdəki Pasjaca çimərliyi, Böyük Britaniyada Kornuolda yerləşən Kynance körfəzi və Fransadakı Anse de l’Argent Faux (Saxta Gümüş Körfəzi) daxildir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp