BMT: Bir milyondan çox vəhşi bitki və heyvan növü yox olma təhlükəsi ilə üz-üzədir
Nyu-York, 3 mart (Hibya) – Birləşmiş Millətlər Təşkilatı (BMT) 3 mart Dünya Vəhşi Təbiət Günü münasibətilə bəyanat yayıb.
BMT-nin açıqlamasında bildirilir ki, bir milyondan çox vəhşi bitki və heyvan növü yox olma təhlükəsi ilə qarşı-qarşıyadır.
Açıqlamada həmçinin vurğulanıb: "Dünya Vəhşi Təbiət Günü münasibətilə, Yer kürəsindəki bütün canlıları qoruyub saxlaya biləcək bir dünya yaratmağa sadiq qalırıq. Hər bir hərəkət vacibdir."
Azərbaycan İnformasiya Agentliyi