BMT-dən Dünya Xərçəng Günü mesajı
Nyu-York, 4 Fevral (Hibya) – Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, xərçəng dünyada əsas ölüm səbəblərindən biridir.
BMT-nin 4 Fevral Dünya Xərçəng Günü münasibətilə yayımladığı mesajda xərçəngin dünyada əsas ölüm səbəblərindən biri olduğu vurğulanıb.
Açıqlamada sağlam həyat tərzinin mənimsənilməsi, tütün məhsullarından uzaq durmaq, alkoqol istifadəsini məhdudlaşdırmaq, balanslı qidalanmaq və müntəzəm idmanla məşğul olmağın xəstəliyə yoluxma riskini azaltdığı bildirilib.
Azərbaycan İnformasiya Agentliyi