Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT vurğulayıb ki, yanacaq Qəzzada sağ qalmanın əsas sütunudur: “O, xəstəxanalar, su sistemləri, kanalizasiya şəbəkələri, təcili yardım maşınları və bütün humanitar əməliyyatların enerji mənbəyidir. Əsas ehtiyac mallarını daşıyan avtoparkın hərəkəti və əhaliyə təzə çörək verən çörək şəbəkəsinin fəaliyyəti üçün yanacağa ehtiyac var. Yanacaq olmasa, bu həyati xidmətlər 2,1 milyon insan üçün dayanar.”

Demək olar ki, iki il davam edən müharibədən sonra Qəzza əhalisi ciddi çətinliklərlə, o cümlədən geniş yayılmış ərzaq çatışmazlığı ilə üzləşib: “Yanacaq bitəndə, aclıq həddində olan əhali üçün dözülməz yük yaranır. Kifayət qədər yanacaq olmadan, bu böhrana cavab verən BMT qurumları fəaliyyətlərini tamamilə dayandırmalı olacaqlar və bu, Qəzzadakı bütün əsas xidmətlərə təsir edəcək. Bu isə səhiyyənin, təmiz suyun və humanitar yardımın olmaması deməkdir.”

Qeyd olunub ki, kifayət qədər yanacaq təmin edilməzsə, Qəzzadakı humanitar səylər dağılmaq riski ilə üz-üzədir. Bildirilib:

“Xəstəxanalar artıq qaranlıqdadır, doğum, yeni doğulmuş və reanimasiya bölmələri yüklənib, təcili yardım maşınları hərəkət edə bilmir. Yollar bağlanacaq, ehtiyacı olanlar köməksiz qalacaq. Rabitə sistemləri sıradan çıxacaq, həyati koordinasiya pozulacaq və ailələr vacib məlumat və əlaqədən məhrum olacaq. Yanacaq olmadıqda çörək sexləri və ictimai mətbəxlər fəaliyyət göstərməyəcək. Qəzzada həyat xilasetmə əməliyyatlarını davam etdirmək üçün davamlı və yetərli yanacaq axını təmin olunmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp