Bolqarıstan Pakistandakı terror hücumunu pisləyib
Sofiya, 12 noyabr (Hibya) – Bolqarıstan Xarici İşlər Nazirliyi dünən İslamabadda baş vermiş terror hücumu ilə bağlı dərin kədərini ifadə edib.
Bolqarıstan Xarici İşlər Nazirliyi İslamabadda baş verən terror hücumu ilə bağlı bəyanatında bildirib: “Biz terror aktlarının bütün formalarını qınayırıq.”
Nazirlik, həyatını itirənlərin ailələrinə başsağlığı verib və yaralananlara tezliklə sağalma arzulayıb. Bəyanatda hücumdan zərərçəkən hər kəsin Bolqarıstan xalqının düşüncələrində olduğu qeyd olunub.
Azərbaycan İnformasiya Agentliyi