Bolqarıstan Prezidenti Radev Türkiyəyə başsağlığı verib
Sofiya, 12 noyabr (Hibya) – Bolqarıstan Prezidenti Rumen Radev, Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan türk hərbi qulluqçulara görə Türkiyəyə başsağlığı verib.
Bolqarıstan Prezidenti Rumen Radev, Gürcüstandakı faciəvi təyyarə qəzasında həyatını itirən türk əsgərlərinin ailələrinə başsağlığı verib. O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı çatdırıb.
Azərbaycan İnformasiya Agentliyi