Brekelmans: Rus terroru dayanmalıdır, Ukraynaya daha çox dəstək vacibdir
Amsterdam, 7 sentyabr (Hibya) – Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib ki, Rusiyanın Ukraynaya qarşı son hücumlarında Kiyevdəki hökumət binası ilk dəfə vurulub və daha çox dəstək və təzyiq göstərilməsinə çağırıb.
Niderland müdafiə naziri Brekelmans qeyd edib ki, Rusiyanın Ukraynaya hücumları getdikcə artır.
O, son hücumda 800-dən çox pilotsuz uçuş aparatı (PUA) və 13 raketdən istifadə edildiyini, Ukraynanın paytaxtı Kiyevdəki hökumət binasının ilk dəfə vurulduğunu açıqlayıb.
“Bu dayanmalıdır, Ukraynaya daha çox dəstək vacibdir”, – deyə Brekelmans vurğulayıb və əlavə edib ki, Ukraynaya daha çox yardım göstərilməli, Rusiyaya böyük təzyiq edilməli və möhkəm zəmanətlərlə sülh planı həyata keçirilməlidir.
Azərbaycan İnformasiya Agentliyi