Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Budris qeyd edib ki, NATO Rusiya və Belarusun məqsədli şəkildə genişləndirdiyi hibrid müharibə ilə qarşı-qarşıyadır: “Keçən həftə Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozdu. Qısa müddət sonra Belarusdan buraxılan onlarla helium şarı ərazimizə daxil olaraq iri hava limanlarına doğru irəlilədi və mülki aviasiyanı pozdu.”

O bildirib ki, bunlar ayrı-ayrı hadisələr deyil: “Almaniya, Danimarka, Estoniya, Norveç və Polşa da pilotsuz uçuş aparatları, şarlar və hərbi təyyarələrlə hücumlar barədə məlumat verib; bunların hamısı mülki aviasiyanı pozur, ictimai təhlükəsizliyə və kritik infrastrukturuna təhdid yaradır.”

Budris Lukaşenko rejiminin miqrasiyanı silahlaşdırmasından tutmuş Baltik dənizi kabellərinə diversiyaya qədər bütün bu addımların daha geniş pozucu strategiyanın tərkib hissəsi olduğunu qeyd edərək əlavə edib:

“Lakin Aİ və NATO birlik və qətiyyətlə cavab verdikdə, bu taktikalardan nəticə alınmır. Avropa miqrasiya böhranına koordinasiyalı sanksiyalar, gücləndirilmiş sərhədlər və diplomatik təzyiqlə cavab verdi. NATO isə kabel diversiyasından sonra kritik infrastrukturu qorumaq üçün Baltic Sentry əməliyyatını işə saldı. Dərs aydındır: hibrid təhdidlər kollektiv iradə və hədəfli fəaliyyət tələb edir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp