Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Litva xarici işlər naziri Kestutis Budrys Belarus Prezidenti Aleksandr Lukaşenko haqqında açıqlama verib. Budrys qeyd edib ki, Lukaşenko Belarusun ərazisini və hava məkanını Rusiyanın istifadəsinə verərək təcavüzü mümkün edib.
Nazir bildirib:
“Lukaşenko Belarus ərazisini və hava məkanını Rusiyaya təhvil verməklə təcavüzü mümkün edib. O, təcavüz cinayəti və Ukraynaya qarşı törədilmiş bütün cinayətlərə görə cavab verməlidir.”
Budrys əlavə edib ki, beynəlxalq ictimaiyyət Lukaşenkonun məsuliyyətə cəlb edilməsini təmin etməli və bu məsuliyyətin izlənilməsinə nail olmalıdır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp