ÇUHM illik iclası başladı
Çinin 14-cü Milli Xalq Məclisinin (ÇUHM) 3-cü sessiyası bu gün saat 09:00-da Pekindəki Böyük Xalq Toplantı Sarayında başladı.
Çinin 14-cü Milli Xalq Məclisinin (ÇUHM) 3-cü sessiyası bu gün saat 09:00-da Pekindəki Böyük Xalq Toplantı Sarayında başladı.
Açılış sessiyasında Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Baş Katibi, Çin Prezidenti və Mərkəzi Hərbi Komissiyanın sədri Si Cinpin başda olmaqla ÇKP rəhbərləri və yüksək səviyyəli dövlət rəsmiləri iştirak etdilər.
Yeddi gün davam edəcək iclasda hökumətin illik fəaliyyət hesabatı (2025-ci il Hökumət Fəaliyyət Hesabatı), 2024-cü il Milli İqtisadi və Sosial İnkişaf Planının icra hesabatı və 2025-ci il Milli İqtisadi və Sosial İnkişaf Planının layihəsi müzakirə ediləcək.
İclasda həmçinin, 2024-cü il üçün mərkəzi və yerli büdcələrin icra hesabatı və 2025-ci il üçün mərkəzi və yerli büdcə layihələri, Çin Xalq Respublikasının Milli Xalq Məclisi və Yerli Xalq Məclisləri Deputatları haqqında Qanuna düzəlişləri nəzərdə tutan qanun layihəsi, ÇUHM Daimi Komitəsinin iş hesabatı, Ali Xalq Məhkəməsi və Ali Xalq Prokurorluğunun iş hesabatları nəzərdən keçiriləcək.
Azərbaycan İnformasiya Agentliyi