Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Senator Dar Nyu-Yorkda Morgan Stanley, Bank of America, BNP Paribas, JP Morgan və Goldman Sachs kimi aparıcı maliyyə qurumlarının nümayəndələri ilə görüşlər keçirib.

Görüşdə Dar Pakistanın yaxşılaşan makroiqtisadi göstəricilərinə diqqət çəkib. O bildirib ki, son 14 ilin ilk cari hesab profisiti qeydə alınıb, inflyasiya azalıb və ölkənin kredit reytinqi yüksəlib.

Dar həmçinin investisiya proseslərini asanlaşdırmaq üçün yaradılmış Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurası (SIFC) haqqında məlumat verib.

Görüşdə kənd təsərrüfatı, informasiya texnologiyaları, enerji, mədən və turizm kimi prioritet sahələrdə sərmayə imkanları təklif edilib. Həmçinin bildirilib ki, Pakistan maliyyə texnologiyaları, rəqəmsal bankçılıq, infrastruktur, dayanıqlı maliyyələşdirmə və aktivlərin rəqəmsallaşdırılması sahələrində böyük potensiala malikdir.

Dar qeyd edib ki, ölkədə aparılan islahatlar, sürətli rəqəmsallaşma və qlobal çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (AML/CFT) standartlarına uyğunluğun artırılması investorların etimadını gücləndirib.

Görüşdə iştirak edən investorlar isə Pakistanda özəl sektorun rəhbərlik etdiyi layihələrə maraq göstərdiklərini bildirib və iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına töhfə verə biləcək addımların vacibliyini vurğulayıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp