Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Prezidenti Əhməd Şəraa, bazar günü başlayan və təxminən 600 nəfərin ölümünə səbəb olan druz və bədəvi tayfaları arasında qanlı toqquşmaları dayandırmaq üçün ölkənin cənubuna qoşun göndərib.

Şəraa-nın açıqlamasından qısa müddət əvvəl İsrail, mülki şəxsləri qorumaq üçün Suriya hökumət qüvvələrinin iki gün müddətinə Süveyda bölgəsinə daxil olmasına icazə verdiyini və bu addımı “davam edən qeyri-sabitlik” səbəbilə zəruri saydığını bildirib.

İsrail, Cənubi Suriyanın tamamilə silahsızlaşdırılması tələblərini davam etdirib və bu həftə druz azlığını hökumət hücumlarından qorumaq üçün Süveyda və paytaxt Dəməşqə hava hücumları həyata keçirib. İsrail və Suriya dünən atəşkəs barədə razılığa gəliblər.

Şəraa və islamçı HTŞ hərəkatının ötən il Bəşşar Əsədi devirməsindən sonra druzlara və digər suriyalı azlıqlara qarşı zorakılıq artıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk bu həftə bildirib ki, Süveyda bölgəsində bir çox druzlar məhkəmə qərarı olmadan edam edilib və rejim təhlükəsizlik qüvvələri də bu edamlarda iştirak edib.

Əhməd Şəraa zorakılıq dalğasında “mühacir qrupları”nı günahlandırıb və məsul şəxslərin cəzalandırılacağını vəd edib. O, cümə axşamı etdiyi çıxışda Suriyadakı druzların qorunmasının prioritet olacağını deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp