Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi BMT Baş katibi Antonio Quterreşə, Təhlükəsizlik Şurasının sədrinə, Aİ-nin Ali Nümayəndəsi Kaja'ya və Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda E3 ölkələrinin (Almaniya, Fransa, Birləşmiş Krallıq) Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) və BMT Təhlükəsizlik Şurasının 2231 saylı Qərarı (2015) çərçivəsində mexanizmləri işə salmaq üçün hüquqi, siyasi və ya mənəvi əsaslarının olmadığını əsaslandırıb.

Əraqçi qeyd edib: “Bu ölkələrin İsrail rejimi və ABŞ-ın son zamanlarda həyata keçirdiyi əsassız və qanunsuz hərbi təcavüzə siyasi və maddi dəstək verməsi; JCPOA-nın əsas elementlərini rədd etməsi və uzun müddətdir öz öhdəliklərini yerinə yetirməməsi onların JCPOA-nın 'iştirakçısı' statusunu faktiki olaraq itirməsinə səbəb olmuşdur. Buna görə də, ləğv edilmiş BMT Təhlükəsizlik Şurası qərarlarını yenidən qüvvəyə mindirmək cəhdləri etibarsız və hüquqsuzdur.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp