Fələstin Azadlıq Təşkilatının İcra Komitəsi İsrailin təcavüzünün dayandırılmasını yenidən tələb etdi
Ramallah, 4 dekabr (Hibya) – Fələstin Azadlıq Təşkilatının (FAT) İcra Komitəsi Qəzzada İsrailin soyqırım səviyyəsindəki təcavüzünün dərhal dayandırılmasını yenidən tələb etdi.
Fələstin Azadlıq Təşkilatının (FAT) İcra Komitəsi Qəzzada İsrailin soyqırım səviyyəsindəki təcavüzünün dərhal dayandırılmasını yenidən tələb etdi.
İclasda Fələstin ərazilərində, xüsusən də Qəzza zolağı, İordan çayının qərb sahili və Qüdsdə Fələstin xalqına qarşı artan İsrail təcavüzü ilə bağlı son hadisələr müzakirə edildi.
Komitə Fələstin rəhbərliyinin prioritetlərini vurğulayaraq, bunların sırasında Qəzzaya qarşı İsrail təcavüzünün dərhal dayandırılması, işğalçı qüvvələrin Zolağın bütün bölgələrindən çıxarılması və humanitar fəlakətin təsirlərini azaltmaq üçün humanitar yardımın tez çatdırılması zərurətini qeyd etdi.
Azərbaycan İnformasiya Agentliyi