Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Baş naziri və Xarici İşlər Naziri Məhəmməd Mustafa, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası çərçivəsində Pakistanın Baş nazir müavini və Xarici İşlər Naziri Məhəmməd İshaq Dar, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və Misir Xarici İşlər Naziri Bədr Abdelatty ilə ayrı-ayrılıqda görüşlər keçirdi.

Bu görüşlər zamanı son hadisələr və Fələstindəki vəziyyət müzakirə olundu.

Baş nazir Mustafa, eyni zamanda, İsrailin Fələstin xalqına qarşı həyata keçirdiyi işğal hücumlarının dayandırılması və Qəzzanın yenidən qurulması üçün Fələstin-Misir planına beynəlxalq dəstəyin artırılması istiqamətində görülən işləri müzakirə etdi.

O, həmçinin, Ərəb Sammitində təqdim olunan və yenidənqurma planının aydın siyasi çərçivəsini, icra mexanizmlərini və Qəzzadakı hücumlar sonrası mərhələ üçün lazım olan tədbirləri ehtiva edən Prezident Mahmud Abbasın baxışlarını bir daha təsdiqlədi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp