Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

73 yaşlı Cozef Çuba, İsrail-Qəzza müharibəsinin başlanmasından qısa müddət sonra Vadi Əlfayuminin ölümü və anası Hanan Şahininin yaralanmasına görə fevral ayında qətl və nifrət cinayətləri üzrə təqsirli bilinib.

Ailə Çikagodan təxminən 64 km uzaqlıqdakı Pleynfilddə Çubanın evində kirayə qalırdı. Prokurorlar bildiriblər ki, onlar müsəlman olduqları üçün hədəf alınıblar.

Çuba özünü günahsız elan etsə də, münsiflər heyəti cəmi 90 dəqiqədən az müzakirədən sonra onu təqsirli hesab edib.

NBC News-un xəbərinə görə, Vadi Əlfayuminin əmisi Mahmud Yusuf cümə günü məhkəmədə bildirib ki, heç bir cəza uşağın ölümünü “haqlı çıxara” bilməz.

“O gün atasında onunla bağlı xatirələr, planlar var idi. Bunları almağa heç kimin haqqı yox idi,” deyə o bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp