FT: Aİ casusluq şübhələri artarkən rus diplomatlarının səfərlərinə məhdudiyyət qoyacaq
Stokholm, 7 oktyabr (Hibya) – *Financial Times* nəşri mənbələrə istinadən yazır ki, Avropa İttifaqı ölkələri rus diplomatlarının ittifaq daxilində səfərlərini məhdudlaşdırmaq barədə razılığa gəlib.
Xəbərdə qeyd olunur: “Çexiya tərəfindən dəstəklənən təşəbbüs Brüsseldə hazırlanmış yeni sanksiyalar paketinin bir hissəsidir. Paketinin qəbul edilməsi üçün yekdillik tələb olunur. Əleyhinə çıxan son ölkə olan Macarıstan veto qərarını geri götürüb.”
*FT* mənbələrinə görə, təklif olunan tədbirlər “rus diplomatlarını sərhədi keçməzdən əvvəl səfər planları barədə qəbul edən ölkələri məlumatlandırmağa məcbur edəcək.”
Lakin təşəbbüsün qəbul edilməsi Avstriyanın mövqeyi səbəbindən gecikə bilər: Avstriya, rusiyalı iş adamı Oleq Deripaskaya məxsus olduğu iddia edilən aktivlərə tətbiq olunan sanksiyaların ləğvini tələb edir.
Keçən həftə azı 12 Aİ ölkəsinin səfirləri bildiriblər ki, Vyananın tələbləri nəzərə alınmadığı təqdirdə Moskvaya qarşı yeni məhdudiyyətləri dəstəkləməyəcəklər. Məqalədə qeyd olunur ki, danışıqların çərşənbə günü bərpa olunması planlaşdırılır.
Azərbaycan İnformasiya Agentliyi