Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Harris, 2023-cü il 7 oktyabrda HƏMAS və digər qrupların İsrailə hücumlarının ikinci ildönümündə qurbanların xatirəsini anıb və zorakılığı pisləyib.

O bildirib ki, fikirləri həmin gün amansız şəkildə öldürülən və ya yaralanan, habelə hələ də Qəzzada girov saxlanılan insanlarla birlikdədir. “Onların və ailələrinin ağrısını sözlə ifadə etmək mümkün deyil,” – deyə Harris tam həmrəyliyini bildirib.

Harris vurğulayıb ki, HƏMAS tərəfindən saxlanılan bütün girovların qeyd-şərtsiz və dərhal azad edilməsi zəruridir və xüsusilə Emili Hand və onun ailəsini, həmçinin Kim Damti-nin yaxınlarını xatırladıb.

O qeyd edib ki, Qəzzadakı vəziyyət hələ də faciəlidir: “Müharibə zamanı 66 mindən çox fələstinli həlak olub, 168 mindən çoxu ağır yaralanıb, yüz minlərlə insan evlərindən didərgin düşüb. Onların evləri dağılıb, aclıq bölgəni bürüyüb. Itkiləri ağlasığmaz dərəcədə böyükdür.”

Harris qeyd edib ki, artıq zorakılığı dayandırmaq, girovları ailələrinə qaytarmaq və Qəzzaya təcili humanitar yardım çatdırmaq imkanı mövcuddur. “Bu fürsətdən istifadə edib toqquşmalara son qoymaq və çoxdan gözlənilən sülh sazişi üzərində işləmək hər kəsin məsuliyyətidir. Son iki ilin hadisələri İsrail–Fələstin münaqişəsinin davamlı və sülh yolu ilə həllinin təcili zərurətini xatırlatmalıdır,” – deyə o bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp