Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İrlandiyanın Baş nazir müavini, Xarici işlər və Müdafiə naziri Simon Harris İrlandiyadakı yəhudi icmasının üzvləri ilə görüşüb.

Harris, yəhudi icmasının İrlandiyanın ayrılmaz bir hissəsi olduğunu vurğulayaraq deyib: “Onların gündəlik həyatlarında qarşılaşdıqları mənfi təcrübələr və dözümsüzlüklər, xüsusən də tələbələrin və gənclərin yaşadıqları dözümsüzlük məni narahat etdi. Bu tamamilə qəbuledilməzdir.”

Harris bildirib ki, İrlandiya cəmiyyətində antisemitizmə yer ola bilməz və əlavə edib: “Hökumət Respublikamızdakı hər kəsin hüquqlarını, ləyaqətini və təhlükəsizliyini qorumaqda qərarlıdır. Mən antisemitizmi harada baş verirsə versin, istər onlayn, istərsə də real həyatda qəti şəkildə pisləyirəm. Bu bəla ilə mübarizə aparmaq üçün daha çox iş görməliyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp