İDF: Fələstin İslam Hərəkatına qarşı əməliyyatları davam etdirəcəyik
Qüds, 17 aprel (Hibya) – İsrail Müdafiə Qüvvələri (İDF) İsrail dövlətini qorumaq məqsədilə Fələstin İslam Hərəkatına qarşı əməliyyatları davam etdirəcəyini bildirib.
İDF-dən verilən açıqlamada, Daxili Təhlükəsizlik Xidməti ilə birlikdə Cəbəliyyə bölgəsində Fələstin İslam Hərəkatına məxsus komanda və nəzarət mərkəzində olan bir şəxsə hücum edildiyi bildirilib.
Açıqlamada həmin komanda mərkəzinin həmin şəxs tərəfindən İsrail vətəndaşlarına və İDF qüvvələrinə qarşı terror hücumlarını planlaşdırmaq və həyata keçirmək məqsədilə istifadə edildiyi qeyd olunub:
“Hücumdan əvvəl mülki itkilərin minimuma endirilməsi üçün dəqiq sursatdan istifadə, hava müşahidəsi və əlavə kəşfiyyat məlumatları daxil olmaqla bir sıra tədbirlər görülüb. İDF və Şin Bet İsrail dövlətini qorumaq məqsədilə Fələstin İslam Hərəkatına qarşı əməliyyatlarını davam etdirəcək.”
Azərbaycan İnformasiya Agentliyi