İran Prezidenti Pezeşkianın Ümumdünya Ətraf Mühit Günü münasibətilə mesajı
Tehran, 9 iyun (Hibya) - İran Prezidenti Məsud Pezeşkian Ümumdünya Ətraf Mühit Günü və Ətraf Mühit Həftəsi münasibətilə yayımladığı mesajda ətraf mühitin qorunmasının ümumi məsuliyyət olduğunu vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkian Ümumdünya Ətraf Mühit Günü və Ətraf Mühit Həftəsi münasibətilə yayımladığı mesajda ətraf mühitin qorunmasının ümumi məsuliyyət olduğunu bildirib.
Pezeşkian qeyd edib ki, Ümumdünya Ətraf Mühit Günü və Ətraf Mühit Həftəsi Yer üzündə həyatın indiki və gələcək vəziyyəti ilə bağlı mühüm xəbərdarlıq xarakteri daşıyır.
Bütün hökumətlərin və cəmiyyətlərin qərarvermə proseslərində təbii infrastrukturun dayanıqlığını prioritet etməli olduğunu bildirən Pezeşkian vurğulayıb ki, ətraf mühitin qorunması yalnız dövlətlərin deyil, cəmiyyətin bütün təbəqələrinin vəzifəsidir. O deyib: "Konstitusiyanın 50-ci maddəsi ətraf mühitin qorunmasını hər kəsin üzərinə düşən məsuliyyət kimi müəyyən edib. Hamımız məsuliyyət daşıyırıq."
Azərbaycan İnformasiya Agentliyi