Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yüksək səviyyəli livanlı rəsmilərlə diplomatik məsləhətləşmələr aparmaq üçün Beyruta səfər edən İran Xarici İşlər Naziri Araqçi Livan Prezidenti Cozef Avn ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Araqçi həmçinin livanlı həmkarı Yusif Racci ilə görüşüb. İki yüksək səviyyəli diplomat ikitərəfli münasibətləri və mühüm regional hadisələri müzakirə ediblər.

Araqçi İran və Livan arasında uzunmüddətli və müsbət münasibətləri vurğulayıb və İranın siyasi, iqtisadi və ticarət sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Racci isə Livan xalqının İranın minilliklərə söykənən zəngin tarixi və mədəniyyətinə dərin hörmət bəslədiyini və ölkəsinin İranla müxtəlif sahələrdə ikitərəfli əlaqələri genişləndirmək istədiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp