İranda nüvə obyektində 2,5 bal gücündə təkanlar qeydə alınıb
Stokholm, 16 iyun (Hibya) – İran Seysmologiya Mərkəzi, İranın mərkəzində yerləşən Qum vilayətində, Fordo nüvə obyektinin yerləşdiyi ərazidə 2,5 bal gücündə yeraltı təkanların qeydə alındığını bildirib.
Mərkəzin rəsmi saytında verilən məlumata görə, təkanlar 15 iyun tarixində, yerli vaxtla saat 23:05-də, yerin 10 kilometr dərinliyində baş verib.
Azərbaycan İnformasiya Agentliyi