Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranlı nazir Əraqçi, İran rəsmiləri ilə görüşmək üçün Tehranda səfərdə olan MAQATE rəhbəri Rafael Mariano Qrossi ilə bir araya gəlib.

Görüşdə tərəflər İran ilə MAQATE arasında texniki əməkdaşlıq və qarşılıqlı əlaqələrin cari vəziyyətini müzakirə ediblər.
Əraqçi İranın siyasətinə və beynəlxalq hüquqi öhdəliklər çərçivəsində agentliklə əməkdaşlığı davam etdirmək əzminə istinad edərək bildirib ki, MAQATE digər tərəflərin ədalətsiz təzyiqlərinə məruz qalmadan öz peşəkar və texniki rolunu yerinə yetirməlidir.

Yüksək vəzifəli İranlı diplomat həmçinin vurğulayıb ki, MAQATE İranın dinc nüvə obyektlərinə qarşı təhdidlərə açıq və şəffaf mövqe sərgiləməlidir.

Qrossi isə Tehrana səfər etmək fürsəti əldə etdiyinə görə məmnun olduğunu bildirib və İran ilə MAQATE arasında əməkdaşlığın davam etməsinin, mövcud problemlərin həllinə uyğun mühit yaradılması üçün digər tərəflərlə məsləhətləşmələrin əhəmiyyətini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp