İslam ölkələrinin Qüds və Somali ilə bağlı bəyanatı
Türkiyə Respublikası da daxil olmaqla bir sıra ölkələr Qüdsün statusuna qarşı yönəlmiş təşəbbüsləri və Somalinin ərazi bütövlüyünə qarşı addımları birgə bəyanatla pisləyib.
Fələstin Dövləti, Misir, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Türkiyə Respublikası və bir çox islam ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıblar.
Bəyanatda işğal altındakı Qüdsdə qondarma “səfirlik” açılması cəhdi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib və kəskin şəkildə pislənib.
Nazirlər Şərqi Qüdsün 1967-ci ildən bəri işğal altında olduğunu qeyd edərək, onun hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş bütün birtərəfli addımların “etibarsız və qüvvəsiz” olduğunu vurğulayıblar.
Həmçinin Somali Federal Respublikasının suverenliyi və ərazi bütövlüyünə tam dəstək ifadə olunub.
Azərbaycan İnformasiya Agentliyi