Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Təşkilatçılar bildiriblər ki, Madrid etirazına 150 minə qədər insan qatılıb, ölkə üzrə isə təxminən 40 şəhərdə daha kiçik nümayişlər keçirilib. Costa del Sol bölgəsindəki Málaga şəhərindən Atlantik okeanının şimal-qərbindəki Vigo şəhərinə qədər etirazçılar “Mənzil dələduzluğuna son!” və “Ev sahibləri günahkardır, hökumət məsuliyyət daşıyır” şüarları səsləndiriblər.

Madrid kirayəçilər birliyinin sözçüsü Valeria Raku, son vaxtlar bəzi Kataloniya sahil şəhərlərində keçirilən kirayə tətillərinə bənzər aksiyalar keçirməyə çağırıb.

Birlik bildirir ki, İspaniyada 1,4 milyon ailə gəlirlərinin 30 faizindən çoxunu mənzil xərclərinə sərf edir – bu da on il əvvəlkindən 200 min ailə çoxdur.

İspaniyada mənzil problemi daşınmaz əmlak spekulyasiyası və turist mənzillərinin artması səbəbindən yalnız varlıların ödəyə biləcəyi səviyyəyə çatdığı üçün ölkənin bir nömrəli sosial problemi olub.

Rəsmi statistikalara görə, Madriddə ən azı 15 min qeyri-qanuni turist mənzili var, Barselona şəhər şurası isə 2028-ci ildən sonra mövcud 10 min turist mənzili üçün lisenziyaları yeniləməyəcəyini açıqlayıb.

Əvvəllər Balear və Kanar adaları, eləcə də Barselona kimi turist bölgələrinə aid olan bu problem indi Sevilla, Valensiya, Santiago de Compostela, Burqos və San Sebastián kimi şəhərlərdə də etiraz aksiyaları ilə bütün ölkəyə yayılıb. Etirazçılar açarlarını yellədərək münasib qiymətə ev tapılmamasından narazılıqlarını bildiriblər.

Mənzil xərcləri artdığı, maaşlar isə durğun qaldığı üçün bu vəziyyətdən ən çox gənclər zərər görür. İspaniya Gənclər Şurasının apardığı araşdırmaya görə, ötən il 30 yaşdan aşağı gənclərin 85 faizi hələ də valideynləri ilə birlikdə yaşayırdı.

Barselonada minlərlə insanın toplaşdığı Plaça d’Espanya meydanında etirazçılar kirayələrin 50 faiz endirilməsi, müddətsiz kirayə müqavilələri və əmlak spekulyasiyasına son qoyulmasını tələb ediblər.

Kataloniya Mənzil Agentliyinin məlumatına görə, son 10 ildə Barselonada kirayələr 70 faiz artıb, maaşlar isə yalnız 17,5 faiz yüksəlib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp