Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazirliyin bəyanatında bildirilib ki, Cənubi Sudandakı ciddi humanitar böhran fonunda və xarici işlər naziri Gideon Saarın rəhbərliyi ilə milli yardım agentliyi MASHAV ölkənin həssas əhalisinə təcili humanitar yardım çatdıracaq.

Bəyanatda əlavə olunub ki, Cənubi Sudan hazırda vəba epidemiyası ilə mübarizə aparır və ciddi resurs çatışmazlığı ilə üzləşir:

“Yardımlar xəstələrin müalicəsi üçün lazım olan tibbi ləvazimatları, su təmizləmə avadanlıqlarını, əlcəkləri və tibbi maskaları, həmçinin vəbanın qarşısının alınması üçün xüsusi gigiyena dəstlərini əhatə edəcək. Bundan əlavə, ərzaq paketləri paylanacaq. Yardım əməliyyatı çərçivəsində MASHAV ölkədə fəaliyyət göstərən israilli qeyri-hökumət təşkilatı IsraAID ilə əməkdaşlıq edəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp