Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

IDF sözçüsü, siyasi hakimiyyətin göstərişi ilə İranın nüvə proqramını hədəfə almaq və İran rejiminin İsrailə qarşı davam edən təcavüzünə cavab vermək məqsədilə yüksək keyfiyyətli kəşfiyyata əsaslanan dəqiq və koordinasiyalı qabaqlayıcı hücumun başladıldığını bildirib.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə yaxın zamanda hücumun ilk mərhələsini başa çatdırıb. Bu hücumda İranın müxtəlif bölgələrində yerləşən hərbi və nüvə obyektləri daxil olmaqla onlarla hədəf vurulub.

IDF-in bəyanatında deyilir:

"İran rejimi açıq şəkildə İsrail Dövlətini məhv etməyi özünə məqsəd qoyub. Rejim rəsmiləri bunu açıq şəkildə ifadə edir və Yaxın Şərqdəki proxy qüvvələrlə bu məqsədi həyata keçirmək üçün çalışırlar. İran bu gün nüvə silahına sahib olmağa hər zamankından daha yaxındır. Belə bir kütləvi qırğın silahının İran rejiminin əlinə keçməsi İsrailin mövcudluğu üçün təhdid və bütün dünya üçün ciddi təhlükədir. İsrail onu məhv etməyi qarşısına məqsəd qoyan bir rejimin belə bir silaha sahib olmasına heç vaxt icazə verməyəcək."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp