İsrail ordusu Qəzzanın Xan Yunis şəhərinə hücum edib
Qüds, 13 may (Hibya) – İsrail Xarici İşlər Nazirliyi Qəzza zolağının Xan Yunis şəhərində Fələstin İslam Hərəkatı üzvlərinə qarşı əməliyyat keçirildiyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında qeyd edilib ki, Qəzza zolağının cənubundakı Xan Yunisdə Fələstin İslam Hərəkatının üzvlərinə qarşı əməliyyat həyata keçirilib.
Bəyanatda Fələstin İslam Hərəkatının Qəzza zolağındakı xəstəxanaları terror fəaliyyəti üçün istifadə etməyə davam etdiyi iddia olunub.
“Əməliyyatdan əvvəl və əməliyyat zamanı mülki şəxslər və infrastrukturun zərər görmə riskini minimuma endirmək üçün dəqiq sursat, hava müşahidəsi və əlavə kəşfiyyat kimi tədbirlər görülüb. IDF və ISA İsrail vətəndaşlarına qarşı istənilən təhdidi aradan qaldırmaq üçün əməliyyatlarına davam edəcəklər.”
Azərbaycan İnformasiya Agentliyi