Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailli rəsmilər, müharibənin sona çatmasına yol açacaq atəşkəs sazişinin ikinci mərhələsinə keçməkdən imtina edərək, şənbə günü başa çatan birinci mərhələni uzatmaq üçün ABŞ tərəfindən irəli sürülən plana təkid edirlər.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi dünən elan etdi ki, HƏMAS-ın ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkof tərəfindən irəli sürüldüyü iddia edilən plana – atəşkəsin birinci mərhələsinin uzadılması, girovların azad edilməsinin davam etdirilməsi və nəzəri baxımdan İsrailin Qəzzədən tamamilə geri çəkilməsini, beləliklə müharibənin faktiki bitməsini nəzərdə tutan ikinci mərhələnin təxirə salınmasına – razı olmadığı üçün Qəzzəyə blokada tətbiq edilib.

İsrail Baş naziri Netanyahu bu səhər Qəzzə zolağına bütün mal və materialların girişinin dayandırılması barədə qərar qəbul edib. İsrail, "Girovlarımız azad edilmədən atəşkəsə icazə verməyəcəyik. Əgər HƏMAS imtina etməyə davam edərsə, bunun əlavə nəticələri olacaq" deyib.

Bəyanatdan sonra Netanyahunun sözçüsü Ömər Dostri, "Bu səhər Qəzzəyə heç bir yük maşını girməyib və bu mərhələdə də girməyəcək" deyə bildirib.

Misir və Qətər İsrailin qərarını atəşkəs sazişinin pozulması kimi qiymətləndirən ərəb dövlətləri arasında idi. Misir Xarici İşlər Nazirliyi İsraili aclığı "Fələstin xalqına qarşı bir silah" kimi istifadə etməkdə ittiham etdi. Qətər Xarici İşlər Nazirliyi də İsrailin Qəzzə zolağına humanitar yardımı dayandırmaq qərarını sərt şəkildə qınayaraq, bunu "atəşkəs sazişinin və beynəlxalq humanitar hüququn açıq pozulması" adlandırdı və "qidanın müharibə silahı kimi istifadəsini qəbul etmədiyini" bildirdi.

BMT Baş katibi Antonio Quterreş, təşkilatın humanitar yardım rəhbəri Tom Fleçerin bu addımı "narahatverici" adlandırmasından sonra "humanitar yardımların dərhal Qəzzəyə geri qaytarılmasını" tələb edərək reaksiya verdi.

HƏMAS-ın bir nümayəndəsi İsrailin blokadasını "ucuz şantaj" və beynəlxalq vasitəçiliklə əldə edilmiş atəşkəs sazişinə qarşı "zərbə" kimi qiymətləndirdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp