Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fransa və Böyük Britaniya da əvvəlcə Fələstinin müstəqilliyini tanımaq niyyətlərini açıqlamışdılar.

Lakin Böyük Britaniyanın Baş naziri Keir Starmer İsrailə bəzi şərtlər irəli sürdü. O, İsrail Qəzzadakı faciəyə son qoymaq üçün mənalı addımlar atmasa və iki dövlətli həll prinsipinə əsaslanan uzunmüddətli atəşkəsi qəbul etməsə, Böyük Britaniyanın Fələstini müstəqil dövlət kimi tanıyacağını bildirib.

Fələstini daha əvvəl tanımış digər ölkələr dünən BMT konfransının sonunda İsrail və Fələstin arasında iki dövlətli həll haqqında bəyannamə imzalayıblar.

Bəyannamədə Qəzza və İordan çayının qərb sahilinin Fələstin idarəsi altında birləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp