Leyen: 18-ci sanksiyalar paketi üzərində işləyirik
Tirana, 16 may (Hibya) – Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində işləyirlər.
Fon der Leyen sülh istədiklərini qeyd edərək, Rusiya Prezidenti Vladimir Putinə sülhə hazır olana qədər təzyiqləri artırmağın vaxtı çatdığını söylədi.
Bu səbəbdən, onun sözlərinə görə, yeni – 18-ci sanksiyalar paketi üzərində iş aparılır.
Azərbaycan İnformasiya Agentliyi