Leyen: Avropa həmişə media azadlığının tərəfində olacaq
Brüssel, 3 may (Hibya) — Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Avropanın hər zaman media azadlığı və plüralizmin tərəfində olacağını bildirib.
Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Leyen həyatını həqiqətə həsr edən qadın və kişilərə ehtiramlarını bildirdi.
O, jurnalistlərin cəmiyyəti düzgün məlumatlandırmaq üçün yorulmadan çalışdığını vurğuladı: “Onlar hakimiyyəti hesabat verməyə məcbur edirlər. Danışırlar. Məcud vəziyyətə meydan oxuyurlar. Və bəzən bunun üçün ən ağır bədəl ödəyirlər. Müstəqil jurnalistika həyati əhəmiyyət daşıyır.”
Leyen bunun azad cəmiyyətlər və demokratiyalar üçün həyati vacib olduğunu qeyd edərək əlavə etdi:
“Jurnalistlərin təzyiq olmadan işləyə bilmələri üçün onlara dəstək olmaq və onları qorumaq bizim borcumuzdur. Avropa hər zaman media azadlığı və plüralizmin tərəfində olacaq.”
Azərbaycan İnformasiya Agentliyi