Leyen: Azad ticarət ədalətli olmalıdır, Çinlə münasibətlər yenidən balanslaşdırılmalıdır
Brüssel, 24 iyul (Hibya) — Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Çinlə ticarət əlaqələrində ədalətli rəqabət və bazara çıxışın vacibliyini vurğulayıb.
Çin Baş naziri Li Çyanqla görüşündən əvvəl fon der Leyen bildirib ki, Avropa azad ticarətə və onun rifah gətirici gücünə inanır.
Ədalətli ticarətin vacibliyini qeyd edən fon der Leyen deyib: “Bazara çıxış, artıq istehsal gücü və ixrac nəzarəti kimi məsələləri müzakirə etməliyik.”
Fon der Leyen Avropa İttifaqı ilə Çin arasında münasibətlərin “yenidən balanslaşdırılması” zərurətini vurğulayaraq bunun hər iki tərəf üçün faydalı olacağını bildirib.
Azərbaycan İnformasiya Agentliyi