Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv görüş keçirdiklərini bildirib. O, ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Vaşinqtonda Ermənistanla əldə olunan son irəliləyiş münasibətilə Azərbaycanı təbrik edərək deyib:

“Bu, regionda davamlı sülhə doğru atılmış mühüm bir addımdır. Biz Azərbaycanı vacib tərəfdaş hesab edirik və əlaqələrimizi gücləndirmək əzmindəyik. Qlobal Gateway strategiyamız vasitəsilə regional əlaqəliliyə (nəqliyyat, enerji və rəqəmsal sahə) investisiya etməyə davam edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp