Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazir Lipavski qeyd edib ki, 1945-ci ildən bəri Avropanın ən böyük müharibəsini başladan Rusiya Federasiyasının siyasətinə açıq şəkildə qarşı çıxmaq lazımdır: “Vladimir Putin serial qatilidir. O, bir milyon insanı cəbhəyə göndərdi – dəqiq ölümə. Hər gün dinc insanları bombalayır. Bu, qonşularına hücum edən bir rejimin reallığıdır.”

Lipavski Slovakiya ilə münasibətlərə önəm verdiklərini bildirib: “Nazir Blanar yaxınlarda Praqada idi, mən də iyunun əvvəlində Topolçiyankiyə gedəcəyəm. Orada birinci prezidentimiz Masarikin fəaliyyətini birlikdə yad edəcəyik. Avstriya ilə etdiyimiz kimi fövqəladə xidmətlər üzrə transsərhəd razılaşma üzərində işləyirik.”

Lipavski təkrarlayıb ki, Qəzzadakı humanitar vəziyyət kritikdir və İsrail humanitar yardımların keçidinə icazə verməlidir:

“Bu səbəbdən İsrail-Amerika mərkəzlərinin açılmasını alqışlayırıq. Təəssüf ki, bəzi ölkələr bu yardımların HƏMAS-ın əlinə keçməməsi şərtini ortaq bəyanat layihələrinə daxil etməkdən inadla çəkinirlər. Buna görə də biz belə ifadələri tez-tez dəstəkləyə bilmirik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp