Lipavsky: Türkiyənin kədərini bölüşürük
Praqa, 12 noyabr (Hibya) – Çexiyanın xarici işlər naziri Yan Lipavsky, Türkiyədə baş verən təyyarə qəzasında həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.
Çexiya xarici işlər naziri Yan Lipavsky, Türkiyədə baş vermiş təyyarə qəzası ilə bağlı açıqlama yayıb.
Türkiyə Silahlı Qüvvələri üzvlərinin qəza nəticəsində həlak olmasından dərin kədər duyduğunu bildirən Lipavsky deyib:
“Dünənki Türkiyə təyyarə qəzasında Türkiyə Silahlı Qüvvələri üzvlərinin həyatını itirməsindən dərin kədər hissi keçirirəm. Qurbanların ailələrinə səmimi başsağlığı diləyirəm. Sizin kədərinizi bölüşürük və Türkiyə ilə həmrəyliyimizi ifadə edirik.”
Azərbaycan İnformasiya Agentliyi