Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İngiltərədə “Liverpul” klubunun çempionluğu münasibətilə keçirilən şənlik zamanı avtomobil piyadaları vurub. Bir neçə şəxs yaralanıb. Təcili tibbi yardım briqadaları yaralılara yardım göstərməkdə davam edir.

Hadisədən sonra sürücü polis tərəfindən saxlanılıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib: “Liverpuldan gələn görüntülər dəhşətlidir. Yaralanan və bu hadisədən təsirlənən hər kəsə şəfa diləyirəm. Bu şokedici hadisəyə dərhal və qüsursuz şəkildə müdaxilə edən polis və təcili yardım xidmətlərinə təşəkkürümü bildirirəm. Mən mütəmadi olaraq məlumatlandırılıram və polisə araşdırma aparmaq üçün lazımi şəraitin yaradılmasını xahiş edirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp