Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

*The Guardian* qəzetinin məlumatına görə, London polisi “Palestine Action” adlı qadağan olunmuş təşkilata qarşı indiyə qədər keçirilmiş ən böyük aksiya olacağı gözlənilən etiraz zamanı 440-dan çox şəxsi saxlayıb.

Bu ilin iyul ayından etibarən Böyük Britaniya hökuməti tərəfindən terror təşkilatı kimi tanınan qrupa dəstək məqsədilə keçirilən “səssiz növbə” zamanı polis etirazçıları həbs etməyə başlayıb.

İlk həbslər saat 13:00 radələrində, oturan etirazçılar “Palestine Action”a dəstək ifadə edən plakatlar yazmağa başlayanda baş verib.

Meydanın səki hissəsində sakitcə oturan qrup üzvlərini həbs etmək üçün onlarla polis sıraya düzülüb.

Təşkilatçılar bildiriblər ki, aksiyanın başlanmasından iki saat sonra təxminən min nəfər plakatlarla oturub.

London polisi etirazlar zamanı 442 nəfərin saxlanıldığını açıqlayıb.

Metropolitan Polis Federasiyasının rəhbəri bildirib ki, etirazlara nəzarət edən polis əməkdaşları “emosional və fiziki cəhətdən tükəniblər” və əlavə edib: “Artıq bəsdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp