Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya-Ukrayna müharibəsi və Avropa təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu görüşdə Makron Fransanın regiondakı hərbi və diplomatik dəstəyinin davam edəcəyini vurğulayıb. Makron bildirib: “Rusiya Ukraynada uğursuzluğa düçar olur. Bu, onun ərazi və strateji məqsədləri ilə bağlı iddialarının nəticəsiz qaldığını göstərir.”

Rusiyanın qonşularına təzyiq göstərməyə davam etdiyini qeyd edən Makron deyib: “Biz birlikdə müqavimət göstərəcəyik.” O, Fransanın Estoniya və Rumıniyadakı hərbi mövcudluğuna, NATO-nun Baltik hava patrulu missiyasına və region ölkələri ilə əməkdaşlığa diqqət çəkib.

Makron Ukraynaya dəstəyin davam edəcəyini də vurğulayaraq bildirib: “Ukraynanın müqavimət göstərə bilməsi, üstünlük qazanması və güclü mövqedən danışıqlar aparması üçün dəstəyimizi davam etdiririk. Müttəfiqlərimiz və tərəfdaşlarımız Fransaya etibar edə bilər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp