Mask Trampdan gömrük rüsumlarını yenidən nəzərdən keçirməsini istəyib
Vaşinqton, 8 Aprel (Hibya) – Texnologiya milyarderi və ABŞ Hökumət Effektivliyi İdarəsinin (DOGE) rəhbəri Elon Maskın ABŞ Prezidenti Donald Trampdan müxtəlif ölkələrdən idxala tətbiq edilən gömrük rüsumlarını yenidən nəzərdən keçirməsini istədiyi bildirilir.
Washington Post-un iki mənbəyə istinadən yaydığı xəbərə görə, “həftəsonu Elon Mask Trampın aqressiv gömrük rüsumu planına görə Ağ Evin baş ticarət müşaviri Peter Navarro-nu tənqid edən sosial media paylaşımı edib... və daha sonra birbaşa Trampla əlaqə saxlayıb.”
Xəbərə görə, Maskın bu müraciəti hələlik uğur qazanmamışdır.
CNBC xəbər verir ki, Trampın ötən həftə gömrük rüsumları ilə bağlı açıqlaması ABŞ fond bazarından 2.5 trilyon dolları silib və Tesla-nın baş direktoru Maskın xalis sərvətinə 30.9 milyard dollarlıq zərər vurub.
Dünyanın ən varlı adamı olan Mask, Trampın əsas məsləhətçilərindən biridir və dövlət xərclərini azaltmaq və federal bürokratiyanı yenidən qurmaq üçün fəaliyyət göstərən idarənin rəhbəridir.
Bu arada Navarro Maskı Tesla-nın mənfəətini milli siyasətdən üstün tutmaqda ittiham edib və şirkətin təchizat zəncirinin Çin, Meksika və Yaponiya kimi ölkələrə bağlı olduğunu bildirib.
Şənbə günü dünya üzrə idxal üçün 10%-lik "əsas" tarif qüvvəyə minib. Sabahdan etibarən bəzi ölkələr üçün tariflər artacaq – Çin məhsulları üçün 34%, Aİ məhsulları üçün isə 20% tətbiq olunacaq.
Azərbaycan İnformasiya Agentliyi