Metsola: Günahsız insanların ölümü adi hala gətirilə bilməz
Avropa Parlamentinin sədri Roberta Metsola Rusiyanın Kiyevə gecə boyu endirdiyi ağır və fərq qoymayan bombardmanlardan sonra açıqlama verib.
Metsola hücumlarda yaşayış məhəllələrinin hədəf alındığını vurğulayaraq, həlak olan mülki şəxslərin ailələrinə başsağlığı verib.
O bildirib: “Düşüncələrim, aralarında uşaqlar da olan bütün qurbanlarla və onların ailələriylədir.” O, Rusiyanın “qanunsuz müharibəsinin” bir daha günahsız insanların həyatına son qoyduğunu qeyd edib.
Metsola vurğulayıb ki, Avropa bu vəziyyətə biganə qalmayacaq: “Biganəliyin yayılmasına imkan verməyəcəyik və aqressiyanın adi hala gətirilməsini heç vaxt qəbul etməyəcəyik.”
Azərbaycan İnformasiya Agentliyi