Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqro Prezidenti Yakov Milatoviç, Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Milatoviç, keçirilən görüşlə bağlı belə dedi:

"Bu bizim beşinci görüşümüzdür və Monteneqro ilə Türkiyə Respublikası arasındakı mükəmməl ikitərəfli münasibətlərin və qarşılıqlı etimadın göstəricisidir. Prezident Ərdoğan, Monteneqroya səfəri zamanı TİKA tərəfindən maliyyələşdirilən və yenidən inşa edilmiş köhnə Türkiyə səfirliyinin binasının açılışını birgə etməyi qəbul etdi. Görüş zamanı Monteneqronun qonşularıyla yaxşı əlaqələri sayəsində Qərbi Balkanlarda sabitliyin qorunmasında və əməkdaşlığın təşviq edilməsində mühüm rol oynadığı qeyd olundu. Həmçinin, bölgəmizin sabitliyi üçün vacib olan birgə maraqlar və strateji məsələlər barədə fikir mübadiləsi etdik. Prezident Ərdoğana, Türkiyə Respublikasının siyasi dialoqun gücləndirilməsi və regional əməkdaşlığın inkişafındakı dəstəyi və konstruktiv rolu üçün təşəkkür etdim."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp